Nyu-York metropoliteni

Nyu-York metropoliteni
Loqonun şəkli
Məlumat
Açılış tarixi 27 oktyabr, 1904
(ilk yeraltı hissə)
3 iyul, 1868
(ilk yerüstü metro fəaliyyəti)
9 oktyabr, 1863
(ilk dəmiryolu fəaliyyəti)[qeyd 1]
Operator New York City Transit Authority (NYCTA)
İllik sərnişin axını 1,756,814,800 (həftəiçi, 2016)[1]
Saytı mta.info/nyct
Marşrut şəbəkəsi
Stansiyaların sayı 472[1] (MTA ümumi say)[qeyd 2][qeyd 3]
425 unikal stansiya[qeyd 3][1] (beynəlxalq standartlarla müqayisədə)
1 tikintisi davam edən[qeyd 4]
14 planlaşdırılan[qeyd 2]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nyu-York metropoliteniNyu-York şəhərinə məxsus metrodur və ştat idarəsində olan Metropolitan Transportation Authority (MTA)[6] şirkətinin törəmə idarəsi olan New York City Transit Authority-ə icarəyə verilmişdir.[7] 1904-cü ildə açılan Nyu-York metropoliteni dünyanın ən qədim ictimai nəqliyyat sistemlərindən və ən çox istifadə olunan metro sistemlərindən biridir və ən çox stansiyaya malik olan metro sistemidir.[8] İlin hər günü 24 saat xidmət göstərir.[9]

Nyu-York metropoliteni fəaliyyətdə olan 472 stansiyası ilə dünyanın ən geniş metrosudur[9] (keçid stansiyaları bir stansiya kimi hesablanarsa 425 stansiya).[1] Stansiyalar Manhetten, Kuins, BruklinBronks borolarının ərazisində yerləşir. Staten-Aylend dəmiryolları rəsmən metronun bir hissəsi sayılmır, belə ki, bu, metro sistemi ilə dəmir yolu əlaqəsi yoxdur, ona görə də digər borolara gedən sərnişinlər Staten-Aylend Ferri və ya MTA Regional Bus Operations istifadə edirlər, bununla belə Nyu-York metrosundan və MTA avtobuslarından ödənişsiz istifadə edə bilirlər.[9] Müvafiq olaraq Manhetten və Kuinsdə yerləşən PATH[10]AirTrain JFK[11] metronun MetroCard-ını qəbul edir, lakin MTA tərəfindən idarə edilmir və ödənişsiz transferə icazə vermir.[12] MTA tərəfindən idarə edilməyən digər kütləvi nəqliyyat xidməti olan Rusvelt adası kanat yolu MTA və avtobus xidmətinə ödənişsiz transferə icazə verir.

Sistem həmçinin dünyanın ən uzun sistemlərindən biridir. Ümumiyyətlə, sistem 236 mil (380 km) marşruta,[13][14] 665 mil (1,070 km) gəlirli relsə[13]qeyri-gəlirli rels ilə birlikdə ümumi 850 mil (1,370 km) relsə sahibdir.[13]

İllik sərnişin dövriyyəsinə görə Nyu-York metropoliteni qərb yarımkürəsinin ən işlək metrosudur və Pekin, Şanxay, Seul, Tokio, QuançjouMoskva metropolitenindən sonra dünyanın ən işlək 7-ci metrosudur.[15] 2015-ci ildə metro həftəiçi ortalama təxminən gündəlik 5.7 milyon, həftəsonu ümumilikdə 5.9 milyon (şənbə günləri 3.3 milyon, bazar günləri 2.7 milyon) olmaqla illik 1.76 milyarddan çox minik həyata keçirmişdir.[1] Sərnişin daşınması artmaqda davam edir və 1985-ci ildən müntəzəm şəkildə izlənilən birgünlük sərnişin daşıması 23 sentyabr 2014-cü ildə 6.1 milyon sərnişin ilə rekord qırmışdır.[16][qeyd 5]

Sistemin 25 marşrutdan G qatarı, Franklin-Avenyu məkiyiRokavey-Park məkiyi istisna olmaqla 22 marşrut Manhetten ərazisindən keçir. Metronun Menhettendən kənardakı yerlərinin böyük hissəsi dambalarda və ya açıq kəsiklərdə olmaqla yerüstü və relsin bir neçə hissəsi qrunt səviyyəsindədir. "Metro" adlansa da ümumi relslərin 40 faizi yerüstüdür.[17] Xətlərin və stansiyaların çoxunda ekspress və yerli marşrutlar var. Bu xətlərdə üç və ya dörd rels var. Əsasən xarici iki rels lokal qatarlar, daxili bir və ya iki rels isə ekspress qatarlar üçün istifadə edilir. Ekspress qatarların xidmət etdiyi stansiyalar, əsasən, böyük keçid nöqtələri və ya istiqamətləridir.[9]


Sitat səhvi: " qeyd " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="qeyd"/> teq tapılmadı

  1. 1 2 3 4 5 "Introduction to Subway Ridership". Metropolitan Transportation Authority (MTA). 2014-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel, 2015.
  2. "Manhattan East Side Transit Alternatives (MESA)/Second Avenue Subway Summary Report" (PDF). MTA. 2016-11-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-27.
  3. "MTA releases Second Avenue subway images". 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-27.
  4. "Outcry emerges for 41st St. stop on new 7-line".
  5. 1 2 "Station Developers' Information". Metropolitan Transportation Authority. İstifadə tarixi: 13 iyun, 2017.
  6. "Metropolitan Transportation Authority Description and Board Structure Covering Fiscal Year 2009" (PDF). mta.info. Metropolitan Transportation Authority. 2009. 2015-12-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 mart, 2016.
  7. Hood, Clifton. 722 Miles. Baltimore, Maryland: Johns Hopkins University Press, 2004.
  8. "What is the largest metro system in the world?". CityMetric. 2015-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 mart, 2016.
  9. 1 2 3 4 "How to Ride the Subway". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr, 2013.
  10. "Should New York's Subway Map Embrace NJ's PATH Trains?". Curbed NY. 2021-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart, 2016.
  11. "AirTrain – Ground Transportation – John F. Kennedy International Airport – Port Authority of New York & New Jersey". www.panynj.gov. 2019-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart, 2016.
  12. "MTA/New York City Transit – Where MetroCard Is Accepted". web.mta.info. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart, 2016.
  13. 1 2 3 Sitat səhvi: Yanlış <ref> teqi; NYCSubway.org adlı istinad üçün mətn göstərilməyib
  14. "Comprehensive Annual Financial Report for the Years Ended December 31, 2011 and 2010" (PDF). Metropolitan Transportation Authority (MTA). May 2, 2012. səh. 148. July 22, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: July 14, 2014.
  15. "Subways". Metropolitan Transportation Authority (MTA). April 2, 2013. June 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel, 2015.
  16. Emma G. Fitzsimmons. "M.T.A. Expected to Raise Fares and Tolls". The New York Times. November 16, 2014. April 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr, 2014.
  17. Goldstein, Jack. 101 Amazing Facts About New York (ingilis). Andrews UK Limited. 8 oktyabr, 2013. ISBN 9781783333059.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search